Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:40

İbrahim Bayandurlu vəfat edib


Martın 16-da tanınmış jurnalist İbrahim Bayandurlu vəfat edib.

Bakı Kliniki Tibbi Mərkəzdən AzadlıqRadiosuna bildiriblər ki, jurnalist dünən səhər 11.30 radələrində ağır vəziyyətdə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən reanimotoloq Şöhrət Verdiyev deyib ki, İ. Bayandurlunun qida borusunun venaları partlayıb və güclü qanaxma nəticəsində bu gün səhər saat 5.00 radələrində vəfat edib.

O, qara ciyərin serozu, qara ciyər qapı venasının genişlənməsi, Hepatit C, qida borusu venalarının 4-cü dərəcəli genişlənməsindən əziyyət çəkirdi.


«Zerkalo» qəzetinin şərhçisi olmuş İ.Bayandurlu Qarabağ müharibəsində də iştirak edib. 1992-ci ildə başından yaralanmışdı. Uzun müddət döyüşlərdə aldığı qəlpə yarasından əziyyət çəkirdi.

İ. Bayandurlu son zamanlar «Azadlıq» radiosunun Azərbaycan redaksiyasının rus bölməsi ilə əməkdaşlıq edirdi. Onun Azadlıq Radiosunda son işi hazırda Londonda mühacirətdə yaşayan Rusiya oliqarxı Boris Berezovski ilə olub.


1972-ci il doğumlu jurnalist evli idi, bir qızı var.

İ. Bayandurlunun dəfn mərasimi bu gün saat 14:00-da «Hyat Recency» oteli ilə üzbəüz binanın həyətində olacaq.

XS
SM
MD
LG