Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

İmişli sakini evinin çardağında etiraz aksiyasına başlayır


Rahim Musanın 2007-ci ildə evinin çardağında təşkil etdiyi etiraz aksiyası, 30 may 2007
Rahim Musanın 2007-ci ildə evinin çardağında təşkil etdiyi etiraz aksiyası, 30 may 2007
İmişli rayon sakini Rahim Musa təzədən evinin çardağında etiraz aksiyasına başlayır. O, AzadliqRadiosuna bildirib ki, tələbləri üç il əvvəlki kimi qalır: ölkədə insan haqlarının pozulmasına və korrupsiyaya son qoyulsun!

Rahim Musa 2007-ci ildə bu tələblərin əks olunduğu şüarlarını yazıb evinin damına yapışdıraraq etiraz aksiyası keçirəndə medianın gündəminə çıxmışdı. Az sonra isə onu polisə müqavimət ittihamı ilə həbs ediblər. İmişli rayon məhkəməsi onu beş illiyə azadlıqdan məhrum edib. Amma prezidentin keçən il dekabrın 25-də imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

44 yaşlı, üç uşaq atası Rahim Musa bugünlərdə köhnə tələblərlə etiraz aksiyasını davam etdirmək qərarına gəlib: “Mən şüarları yazdırmışam və evimin üstünə vurmağa hazırlaşıram. Şüarlarım da belədir: “Özəl məmləkətin kölə vətəndaşlığına yox deyirəm”, “Ramiz Mehdiyev bu millətə azadlıq ver!”

Rahim Musa deyir ki, bu istəyindən xəbər tutan rəsmi qurumlardan artıq xəbərdarlıq da alıb. Ona deyiblər ki, həmin şüarları evinin damına assa, yenidən həbs ediləcək. Xəbərdarlığa baxmayaraq, keçmiş məhbus ikimərtəbəli evinin çardağında aksiyanı keçirməkdə israrlı olduğunu deyir.

Rahim Musanın bir tələbi də - telefonunu özünə qaytarsınlar. Dediyinə görə 2007-ci ildə İmişli rayon məhkəməsində proses zamanı onun mobil telefonunu da müsadirə ediblər. İndi onu geri qaytarmalıdırlar.

Rahim Musa ilə müxbirimiz Maarif Çingizoğlunun telefon söhbətini dinləyin.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG