Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 19:25

Keçmiş polis rəisinin etirafları


Mahmud Hacıyev
«Polis rəhbərliyində olanlar da etiraf edib ki, polis zorakılığına rast gəlinir».

Bunu ehtiyatda olan keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev deyib.

Bu gün «İşdən sonar»da polis zorakılığına qarşı mübarizə günü müzakirə olunub.

Mahmud Hacıyev deyib ki, Azərbaycanda müəyyən vaxtlarda polis tərəfindən zorakılıqlar olub:

- Zorakılıq məqamları olub. Bunu işgəncə də adlandırmaq olar. Amma 2005–ci ildən bu yana polis orqanlarında zorakılıq hallarında azalma gedir. KİV–i alqışlamaq lazımdır ki, onların sayəsində azalma getdi.

Mahmud Hacıyev AzadlıqRadiosuna etiraf edib ki, polisdə işləyəndə o özü də adamlara fiziki zor göstərib:

- Ağır quldurluq əməlində adı keçən şəxsə qarşı fiziki zor göstərmişəm. İndinin özündə hərdən yadıma düşür, pis oluram, amma həmin məqamda özümə haqq qazandırırdım.

Ekspert zorakılığın səbəbini qanundakı boşluqlarda görür:

- Bütün bunlar qanundakı boşluqlardan irəli gəlir. Söhbət yaxşı müstəntiqlikdən getmir. Qanundakı boşluqlar, ölkənin sivil və demokratik olmaması buna vadar edirdi. Peşəkarlığı, səviyyəsi, savadı, istintaq aparmaq qabiliyyəti aşağı səviyyədə olan adamlarda zorakılığa meyl daha çox olur. İşləyə bilməyəndə zorakılığa əl atır. Şərt deyil ki, öldürsün, vurmaq da zorakılıqdır

DAHA ƏTRAFLI PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG