Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

İranın nüvə proqramı Çində müzakirə ediləcək


Britaniya Xarici İşlər naziri Devid Milibənd Çindədir. Gözlənilir ki, Çin rəsmiləri ilə görüşdə İrana qarşı yeni sanksiyaların qoyulması müzakirə ediləcək.

Çin BMT Təhlükəsizlik Şurasının veto hüquqlu, 5 daimi üzvündən biridir. Tehranla müttəfiq olan Pekin İrana daha sərt sanksiyaların qoyulmasını istəmir.

Digər 3 üzv - ABŞ, Britaniya və Fransa isə sanksiya tərəfdarıdırlar.

Rusiya da yeni cəza tədbirləri barədə düşünməyə hazır olduğunu bildirib.

İran uranı zənginləşdirməyə davam edir. Qərb ehtiyat edir ki, İran nüvə silahı hazırlaya bilər. Tehran isə proqramının dinc məqsədli olduğunu deyir.
XS
SM
MD
LG