Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 05:20

Daxili işlər orqanlarında vakant yerlərə imtahanların nəticələri açıqlanıb


Ötən gün daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş test imtahanın nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün qeydiyyata alınmış 79 nəfərin hamısı imtahanda iştirak edib.

Namizədlərdən 55-i müsabiqənin şərtlərinə cavab verərək növbəti mərhələyə keçiblər.

İmtahanda ən yüksək nəticə 92 bal olub.

Nəticələrlə TQDK-nın internet səhifəsində tanış olmaq olar.

Nəticələr Daxili İşlər Nazirliyinə təqdim olunub.
XS
SM
MD
LG