Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 18:21

Gəncədə 15 metrlik paxlava bişiriləcək

Gəncədə 15 metrlik paxlava bişiriləcək. Novruz bayramında ənənəvi şirniyat növlərindən sayılan paxlava bayram günü kəsiləcək.

Şəhər mədəniyyət və turizm idarəsinin rəisi Mina Məlikovanın sözlərinə görə, paxlava şəhər sakinlərinə paylanılacaq.

Gəncənin Mərkəzi meydandan başlayacaq Novruz tədbirlərində tonqal qalanacaq, gənc idmançıların çıxışları, milli oyunların nümayişi, eləcə də musiqi kollektivlərinin çıxışları olacaq.


XS
SM
MD
LG