Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:08

Gürcüstan müxalifəti hakimiyyəti məhkəməyə vermək istəyir


Gürcüstan müxalifəti dünən camaat arasında çaxnaşma salmış süjetə görə İmedi televiziya kanalını məhkəməyə vermək fikrindədir.

Kanalın dünən axşam göstərdiyi süjetdən belə çıxıb ki, Rusiya tankları Tbilisiyə doğru hərəkət edir, prezident Mixeil Saakaşvili öldürülüb.

Bundan başqa kadrlardan belə çıxıb ki, Gürcüstan müxalifəti Rusiyayla birləşərək silahlı qiyama çağırır.

Kanal bunun səhnələşdirilmiş olduğunu , hadisələrin mümkün inkişafı kimi izah eləsə də süjet xalq arasında vahimə yaradıb.

Qorxuya düşmüş camaat elə bilib ki, 2008-ci ilin avqust hadisələri təkrar olunur.

Məlumatlara görə hətta ürək tutması keçirənlər də olub.

Müxalifət lİderi Nino Burcanadze bildirib ki, onun partiyası İmedi televiziyası və hakimiyyəti məhkəməyə vermək istəyir.

İmedi televiziya şirkəti baş verənlərə görə xalqdan üzr istəyib.


XS
SM
MD
LG