Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:40

Daxili İşlər Orqanlarında vakant yerlər üzrə keçirilən imtahanın nəticəsi bəllidir


Daxili İşlər Orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə keçirilmiş test imtahanının nəticələri açıqlanıb. Nəticələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet səhifəsində də yerləşdirilib. Məlumata görə, 55 nəfər müsabiqə şərtini ödəyərək növbəti müsahibə mərhələsinə buraxılıblar. İmtahanda ən yüksək nəticə 92 bal olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 13-də daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanı keçirib. Müsabiqədə iştirak etmək üçün 79 nəfərin namizədliyi qeydə alınmışdı. Növbəti mərhələyə keçən namizədlərin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunub.
XS
SM
MD
LG