"Eurovision-2009" təmsilçisi olan Aysel Teymurzadə sosial layihələr çərçivəsində hazırlanan nağıllardan birinin qəhrəmanını səsləndirmək üçün aldığı təklifi dəyərləndirib.
Sənətçi xanımın bildirdiyinə görə, bu, Şarl Perronun "Qırmızıpapaq" nağılıdır və Aysel orada əsas qəhrəmanın obrazını Azərbaycan dilində səsləndirib.
"Mən hələ balaca olarkən bu nağıl mənim ən sevdiyim personajlardan biri idi.
Ümid edirəm ki, bu nağılı izləyən azyaşlılar mənim oradakı məharətimi bəyənəcəklər.
Yəqin ki, onlar üçün sevimli nağıl qəhrəmanını tanınmış sənətçinin səsi ilə eşitmək xoş olacaq" - deyə Aysel Teymurzadə bildirdi.
"Ayna"