Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:40

ABŞ İranda dini azlıqların vəziyyətindən narahatdır


Birləşmiş Ştatlar İranda dini zəmində təqiblərin artmasından narahatdır.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Krouli təkcə son bir neçə həftə ərzində İranda Bəhai icmasının azı 25 üzvünün saxlandığını , bu təriqətdən olan 60-a yaxın adamınsa hazırda həbsdə olduqlarını deyib.

Dövlət Departamenti icmanın casusluqda ittiham olunan bir neçə liderinin vəkillərlə görüşməsinə icazə verilməməsindən narahatlıq bildirir.

ABŞ Dövlət Departamentinin ötən cümə axşamı yaydığı illik hesabatın İrana aid hissəsində, bu ölkədə İranda insan haqlarının vəziyyəti kəskin pislənir.
XS
SM
MD
LG