Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:16

Daha bir Azərbaycan əsgəri ölüb


Daha bir Azərbaycan əsgəri naməlum şəraitdə ölüb.

ANS PRESS-in məlumatına görə, martın 6-da Səbail rayonundakı “N” saylı hərbi hissənin həyətindəki hovuzda 18 yaşlı əsgər Mahmudov Vüsalın meyiti tapılıb.

O, yanvarda Cəlilabad rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.

Əsgərin əmisi Mahmudov Vüqar ANS PRESS-ə bildirib ki, martın 4-də hərbi hissədən onlara əsgər Vüsal Mahmudovun itkin düşdüyünü bildiriblər.

İki gündən sonra isə onun meyitinin həyətdəki hovuzdan tapıldığını deyiblər.

Meyit tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.

Amma əsgərin hansı şəraitdə və nə səbəbdən ölməsi barədə ailəsinə heç bir məlumat verilməyib.


XS
SM
MD
LG