Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

«Ermənistanda siyasi böhran və qarşıdurma hələ də həll edilməyib»


Yerevanda müxalifətin yürüşü, 8 yanvar 2009
Yerevanda müxalifətin yürüşü, 8 yanvar 2009
ABŞ Dövlət Departamentinin hesabatına görə, 2008-ci ilin fevralında keçirilən prezident seçkiləri və ardınca mart ayında rəsmən 10 nəfərin həlak olduğu toqquşmalardan sonra Ermənistanda siyasi böhran və qarşıdurma hələ də həll edilməyib.

Ötən il ərzində 2008-ci il hadisələrinin davamı və araşdırılması nəticəsində yeni-yeni hüquq pozuntuları da qeydə alınıb.

Ölkədə təhlükəsizlik qüvvələri, ordu, polis, demək olar ki, tamamilə mülki məmurların nəzarəti altındadır. Ancaq, ayrı-ayrı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən vəzifədən sui- istifadə halları da olur.

HAKİMİYYƏTİ DƏYİŞMƏK HÜQUQU MƏHDUDLAŞDIRILIB

Vətəndaşların hakimiyyəti dinc yolla, seçkilər vasitəsilə dəyişə bilmək hüququ Yerevandakı mer seçkilərində məhdudlaşdırılıb.

2009-cu ildə iqtidar xüsusən də fərqli fikirli vətəndaşlarına, siyasi rəqiblərinə qanunsuz həbslər, məsuliyyətə cəlb etmək və siyasi fəaliyyətinə görə sıxışdırmaqla daim təzyiqlər edib. Onların gözlərini qorxutmaq və mübarizədən çəkindirmək üçün müxtəlif yollardan istifadə edir.

Ermənistanda müvəqqəti saxlama dövründəki işgəncə və kobud rəftar kimi hüquq pozuntuları da geniş yayılıb.

Hesabata görə, hakimiyyət siyasi nümayişlərin qarşısının alınması və dağıdılmasında aşırı gücdən isifadə edir. Tutulanların polis məntəqələrində döyülməsi faktları da çoxdur. Üstəlik, vətəndaşların bu kimi halları ictimailəşdirmək və bəlli etmək cəhdlərinin də qarşısını alır.

POLİS İNSAN HAQLARI POZUNTULARINA GÖRƏ MƏSULİYYƏTƏ CƏLB EDİLMİR

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və polis insan haqları pozuntularına görə məsuliyyətə cəlb edilmir. Bəzi həbsxanalar və təxridxanalarda təmir-yenidənqurma işləri aparılsa da, məhbusların saxlanma şəraiti yenə də ağır olaraq qalır.

Müxalifətçi Nikol Paşiniyan Yerevan məhkəməsində ifadə verir, 4 mart 2010
Dövlət Departamentinin hesabatında Ermənistan vətəndaşlarının ədalətli mühakimə hüququnun da pozulduğu bildirilir.

Ermənistanda mətbuat, xüsusən də elektron mediada söz azadlığı məhdudlaşdırılır. Özünü senzura çox yüksək səviyyədədir, hakimiyyət də müxtəlif bəhanələr, məsələn, lisensiyaların verilməməsi kimi üsullarla informasiya yaymaq imkanlarını məhdudlaşdırır.

JURNALİSTLƏRƏ QARŞI DƏFƏLƏRLƏ HÜCUMLAR

Ermənistanda jurnalistlərə qarşı dəfələrlə hücumlar edilib, amma ötən il ərzində hüquq-mühafizə orqanları günahkarların tapılması üçün demək olar ki, cəhd göstərməyiblər.

Ermənistanda toplaşma azadlığı da pozulur. Hakimiyyət orqanları aksiya təşkilatçılarının nümayişlərin yeri, vaxtı ilə bağlı müraciətlərini çox zaman qəbl etmir. Vətəndaşların qəfildən, icazəsiz aksiya keçirməsinin qarşısı zorakılıqla alınır.

Ermənistanda korrupsiya çox geniş yayılıb və hökumət bununla mübarizə aparmağa da çalışmır.

Dövlət Departamenti Ermənistan hakimiyyətinin dini etiqad azadlığını məhdudlaşdırmaqda, qadınlara qarşı zorakılığın, xüsusən də ailədaxili zorakılığın, əlillərə qarşı ayrıseçkilik və müxtəlif məqsədlər - o cümlədən fahişəlik məqsədiylə insan alverinin qarşısının alınması üçün yetərincə iş görməməkdə də ittiham edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG