Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

HİV-li yazıçını ölkəyə buraxmırlar


100-ə yaxın Avstraliya yazıçısı bəyanat verərək qələm yoldaşları Robert Dessenin Çinə buraxılmamasını pisləyiblər. (Röyters)

Viza ala bilməyən Desse HİV virusunun daşıyıcısıdır.

Bəyanatda deyilir: “Bu, qorxudan və avamlıqdan irəli gələn bir ayrı-seçkilikdir və maarifpərvər və mədəni görünmək istəyən bir xalqa yaraşmaz”.

Bəyanata imza atanlar Çinin yazıçı və esseçi Dessedən üzr istəməsini tələb ediblər.

Desse Çində yazıçıların təşkil etdiyi bir tədbirdə iştirak etmək üçün dəvət alıbmış.

Bəyanata imza atanlar arasında Nobel mükafatlı yazar C.Kutzee də var

Çin Xarici İşlər Nazirliyinin sözçüsü isə deyib ki, cənab Desseyə niyə viza verilməməsini bilmir, amma onu da xatırladıb ki, Çin qanunları HİV viruslu şəxslərin ölkəyə daxil olmasına icazə vermir.

“Ümid edirik ki, Avstraliya tərəfi və yazıçı bizi anlayacaq”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG