Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 07:59

Eynulla Fətullayevlə bağlı məhkəmə qərarı qüvvəsində qalıb


Martın 12-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Eynulla Fətullayevin İstintaq Təcridxanasında saxlanma müddətinin 2 ay uzadılması barədə məhkəmə qərarını qüvvədə salayıb. Jurnalistin vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, Fətullayevin təcridxanada saxlanma müddətinin uzadılması qanunsuz qərar olduğundan apelyasiya məhkəməsinin qərarı da qanuna uyğun deyil.

Elçin Sadıqov deyir ki, işlə bağlı bütün sənədləri Avropa Məhkəməsinə vermək üçün hazırlayırlar. Sonrakı addımlar Eynulla Fətullayevin iradəsindən asılı olacaq.

«Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Hazırda o narkotik vasitə əldə etməkdə ittiham olunur. Jurnalistin təqsiri sübuta yetirilsə, daha 3 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.
XS
SM
MD
LG