Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:38

Obama Nobel mükafatının pulunu tələbələrə bağışlayır


ABŞ prezidenti Barak Obama Norbel Mükafatı üçün aldığı 1.4 milyon dollar pulu tələbələrə, veteran ailələrinə və Hatiti zəlzələsində sağ qalanlarla yardım edən xeyriyyə təşkilatına verir. Bu münasibətlə yaydığı bəyanatda Obama bildirib ki, bu işə yardım edə bildiyinə görə qürur duyur.

Bu puldan 100 min dollar da Pakistan və Əfqanıstanda qızların məktəbə getmələrini təşkil edən Mərkəzi Asiya İnstitutuna veriləcək.

Prezident Barak Obama beynəlxalq diplomatiyanı gücləndirdiyinə və insanlar arasında əməkdaşlığı möhkəmləndirdiyinə görə ötən dekabr ayında Nobel Sülh Mükafatına layiq görülüb.
XS
SM
MD
LG