Martın 11-də prezident İlham Əliyev xalq şairi Məmməd Arazın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
"Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində küçələrdən birinə Məmməd Arazın adının verilməsini və onun yaşadığı binaya (İstiqlaliyyət küçəsi, 9) xatirə lövhəsinin vurulmasını təmin etsin".
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. «Ulduz» jurnalının məsul katibi, «Ədəbiyyat və incəsənət» qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib.
1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
2004-ci ilin dekabrında Bakıda vəfat edib və fəxri xiyabanda dəfn olunub