ABŞ konqresmenləri prezident Barak Obamaya müraciət edərək, onu Pakistanın Ləşkər-e-Taiba döyüşçülərinə qarşı daha sərt mübarizə aparması üçün İslamabada təyziq etməyə çağırıblar.
Nümayəndələr Palatasının Yaxın Şərq və Cənubi Asiya alt-komitəsinin sədri Qari Akermən Pasiktan ordusunu qadağan olunmuş Ləşkər-e-Taibanı dəstəkləməkdə ittiham edib.
Bu qruplaşma 2008-ci ildə Hindistanın Bombey şəhərində baş vermiş və 100-dən artıq insanın ölümünə səbəb olmuş qanlı terror aktının törədilməsində günahlandırılır.