Keçid linkləri

Təcili xəbərlər
2023, 04 İyun, bazar, Bakı vaxtı 05:49

Çilidə yenidən zəlzələ olub


Çilidə yenidən zəlzələ olub. Bu dəfə 7,2 bal gücündə.

“CNN Türk”ə hadisə şahidlərinin verdiyi məlumata görə, dağıntılar davam edir.

Amerika Geoloji Araşdırma Qurumu zəlzələnin mərkəzi Santioqonun 124 kilometr cənub-qərbində və 6,2 dərinliyində olduğunu açıqlayıb.

Tələfat və dağıntılar haqda hələlik məlumat yoxdur.

Fevralın 27-də Çilidə 8,8 bal gücündə son yüz ilin ən böyük zəlzələlərindən biri olmuşdu.


XS
SM
MD
LG