Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:14

Su anbarında batdığı ehtimal olunan şəxslərin axtarışı davam edir


Martın 10-da Samux rayon sakinləri Asif Yaqub oğlu Əhmədov və Rəfail Kamal oğlu Vəliyevin qohumları yerli polis şöbəsinə müraciət edərək onların Mingəçevir su anbarında balıq tutmaq məqsədi ilə evdən çıxıb, bir daha geri qayıtmadıqları barədə məlumat veriblər.

Bu barədə AzadlıqRadiosuna Samux rayon Polis Şöbəsinin rəis müavini Yaşar Hüseynov məlumat verib. Onun sözlərinə görə, axtarılan şəxslərin qayıqları su anbarının kənarında aşkarlanıb. Ehtimal olunur ki, onlar suda batıblar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları su anbarında axtarışları davam etdirilir.
XS
SM
MD
LG