Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:30

Əhmədinejad körfəz ölkələrini ABŞ-a qarşı durmağa çağırıb


İran prezidenti Mahmud Əhmədinejad bu gün körfəz ölkələrini Birləşmiş Ştatların regionda iştirakına qarşı çıxmağa çağırıb.

O belə bir bəyanatla ölkənin cənubundakı Hormuzqan əyalətinə səfəri zamanı çıxış edib.

Əhmədinejad qərbi körfəzin enerji resurslarına hakim olmaq istəməkdə günahlandırıb.

Onun bu çıxışı ABŞ müdafiə naziri Robert Geytsin Abu Dabiyə səfəriylə üst-üstə düşür.

Birləşmiş Ştatlar İranın nüvə proqramına görə ona iqtisadi təzyiq göstərmək üçün körfəzdəki müttəfiqlərindən dəstək almaq istəyir.
XS
SM
MD
LG