Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:19

Orxan Pamuku belə görməmişdik...


Nobel ödüllü yazarımız Orxan Pamuku belə görməmişdik. Hindistanda çimərlikdə sevgilisiylə gəzərkən görüntüləri çəkildi. Gazete Habertürk öz manşetində bu xəbəri "Məsumiyyət plajı" adıyla yayınladı.

'Məsumiyyət muzeyi' romanının tanıtımı üçün Hindistana getmiş Orxan Pamuk hind yazar sevgilisi Kiran Desai ilə ölkənin istirahət cənnəti olan Qoadakı Calangute Beach-də bir aylıq dincəlir.

İki sevgili burada həm romanları üzərində çalışdı, həm də sahildə romantik gəzintiyə çıxdı.

Orxan Pamuk tətilə çıxmazdan öncə Mumbayda verdiyi açıqlamada Desai ilə olan eşqini etiraf etmiş və "Kiranın qız arkadaşım olduğu bir sirr deyil. O çox ağıllı və gözəl bir insan və böyük yazardır. Hindistan onunla qürur duymalıdır" demişdi.

Hind mətbuatının xəbərinə görə, Desai Qoadaki tətildə yazdığı romanını tamamlayır. Pamuk isə bir hind qəzetinə Desai ilə münasibətləri haqda "Bir-birimizə çox kömək edirik. Kiran kitabımın ingiliscəyə çevrilməsi üçün mıənə çox kömək etdi" dedi. Qəzet Pamukun İstanbulun küçə satıcıları ilə bağlı roman üzərində çalışdığını da yazdı.

"Vatan"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG