“Forbes” jurnalı dünyanın ən varlı adamlarının yeni siyahısını açıqlayıb. Milyarderləri sayı ötən il 793 olsa da, bu il bu rəqəm 1011-ə çatıb. Onların ümumi varidatı 3,6 triliyon dollar məbləğində qiymətləndirilir.
Başgicəlləndirici varidata sahib olan bu insanlar dünyanın 55 ölkəsini təmsil edir. Bu ölkələrdən cəmi ikisi – Finlandiya və Pakistan ilk dəfədir ki, bu siyahıya düşüb. Ən böyük sürpriz isə dünyanın ən varlı şəxsi ilə bağlıdır. Meksikalı telekommunikasiya maqnatı Karlos Slim 53,5 milyard dollarlıq varidatı ilə nəhayət ki, 10 ildən çox müddətdə siyahıya rəhbərlik edən Bil Qeyti arxada qoyub.
Maykrasoftun həmtəsisçisi Bil Qeyts ikincidir. Onu amerikalı investor Varen Baffet izləyir.
Milyarderlərin sayına görə, Asiya öndə gedir. Ötən illə müqayisədə bu qitədə milyarderlər iki dəfə artıb. Onların çoxu Çindəndir.
Milyarderlər siyahısında 12 yeni qadının adı var. Ümumiyyətlə, isə bu siyahıda qadınların sayı 89-dur. Bu da dünya milyarderlərinin 10 faizi deməkdir. Ən gənc milyarder isə onlayn sosial şəbəkə saytı olan Facebook-un yaradıcısı 25 yaşlı amerikalı Mark Zukerbergerdir. Onun varidatı 4 milyard dollar məbləğində qiymətləndirilib.