Keçid linkləri

Təcili xəbərlər
2023, 06 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:08

ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib


ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda təhsil alan tələbələrin 30-35 faizinin narkoman olması barədə səslənən fikirlərə etiraz əlaməti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü ilə ABŞ səfirliyinin binası qarşısında aksiya keçirilib.

APA-nın məlumatına görə, 100-dək tələbə iştirak etdiyi aksiyada «Tələblərə böhtan atmayın!», «ABŞ Dövlət Departamentinin qərəzli hesabatına «yox» deyirik!», «Ədalətsiz hesabat!» və sairə şüarlar səslənib. Aksiyada müxtəlif tələbə təşkilatlarının rəhbərləri də çıxış edərək hesabatda Azərbaycan tələbələri ilə bağlı qeyd olunan fikirləri pisləyiblər.
XS
SM
MD
LG