Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 08:10

Zəvvarların təhlükəsizliyinə dair protokol imzalanacaq


Həcc ziyarəti zamanı zəvvarların hüquqlarının qorunması, onların təhlükəsizliyinin təmin olunması məqsədilə Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında ikitərəfli protokol imzalanacaq.

Bu barədə jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib.

«İraq dövlətinə də belə bir protokolun imzalanması üçün müraciət edilsə də, indiyədək həmin müraciətə heç bir cavab verilməyib. Mənim heç bir səlahiyyətim yoxdur ki, insanları təhlükəyə atım. Bu baxımdan biz İraqa ziyarətlərin təşkil olunmasını dayandırmışıq. Vətəndaşların fərdi şəkildə İraqa ziyarətə getmələri isə onların öz hüquqlarıdır. Göründüyü kimi dövlət də vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə dəvət edir».
XS
SM
MD
LG