Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:16

Azərbaycan və İran sərhədində monitorlar quraşdırılıb


ABŞ-la imzalanmış saziş çərçivəsində ötən il Azərbaycanın dövlət sərhədlərindəki 4 sərhəd nəzarət məntəqəsində radiasiyanı aşkar edən portal monitorların qurulması başa çatdırılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib.

ABŞ-ın Enerji Departamenti və Dövlət Sərhəd Xidməti arasında «Nüvə və digər radioaktiv maddələrlə qanunsuz ticarət əleyhinə əməkdaşlığa dair Saziş» çərçivəsində bu monitorlar «Sədərək», «Culfa», «Şahtaxtı» və «Şıxlı» sərhəd məntəqələrində qurulub. Hazırda Azərbaycanın İranla sərhədindəki iki - «Astara» və «Biləsuvar» sərhəd nəzarət məntəqələrində də analoji monitorlar quraşdırılır.
XS
SM
MD
LG