Çin rəsmiləri Tibetin mühacirətdə olan ruhani lideri Dalay Lamanın çıxışından hiddətlənib.
Tibetin paytaxtı Lhasada qaldırılmış qiyamın növbəti ildönümü münasibətilə çıxışında Dalay Lama Tibetdəki buddistlərin həbsxana şəraitində yaşadığını bildirmişdi. O Sintszyan Uyğur Muxtar Vilayətinin əhalisinə rəğbət bəslədiyini də bildirərək, bu ərazini “Şərqi Türküstan” adlandırıb.
Lhasa meri Doze Çejuq Dalay Lamanı Çini parçalamaq üçün Sintszyan və Tibetdən istifadə etməkdə günahlandırıb.