Keçid linkləri

Təcili xəbərlər
2023, 08 İyun, Cümə axşamı, Bakı vaxtı 08:40

Bakıda Xəzərin təhlükəsizliyi müzakirə edilir


Martın 11-də Bakıda «Sərhəd, gömrük xidmətləri və daxili işlər orqanlarının xətti ilə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında» sazişin layihəsi müzakirə edilir.

Müzakirələr iki gün davam edəcək. Tədbir Xəzəryanı dövlətlərin xarici işlər nazirləri müavinlərinin səviyyəsində və həmin dövlətlərin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilir.

AzərTAc-ın yaydığı xəbərə əsasən, layihə Xəzər hövzəsində regional təhlükəsizliyin təminatına dair perspektivləri müzakirəyə çıxarır.
XS
SM
MD
LG