Keçid linkləri

2026, 15 İyul, çərşənbə, Bakı vaxtı 16:52

Məktəbdə baş verən yanğın söndürülüb

Bakının Sabunçu rayonunda 67 saylı orta məktəbdə baş verən yanğın söndürülüb.

Alovla mübarizəyə 20-yə yaxın yanğınsöndürən maşın cəlb olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Məktəbin direktoru İradə Bayramova jurnalistlərə açıqlamasında bildirib ki, 3 mərtəbəli binanın 3-cü mərtəbəsi tamamilə sıradan çıxıb.

Onun sözlərinə görə dərslər dayanmayacaq, şagirdlər rayonun digər orta məktəblərində təhsili davam etdirəcəklər.

Məktəbdə 2400 şagird oxuyur.

Hazırda yanğının səbəbi araşdırılır.
XS
SM
MD
LG