Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 20:34

«Türkiyədə yer yerindən oynar…»


Yaman Akdeniz
«Türkiyədə vətəndaşların pulları, vergiləri hesabına belə xərclər edilsə, ölkədə zəlzələ olar». İstanbuldaki Bilge Universitetinin hüquq professoru Yaman Akdeniz belə deyir. Bu gün «İşdən sonar»da nformasiya azadlığının hüquqi aspektləri müzakirə edilib.

Yaman Akdeniz deyib ki, Türkiyədə məlumat əldə etmək hüququndan problemli də olsa hər hansı formada istifadə etmək olur:

- Əslində, Türkiyə ilə Azərbaycan müqayisə ediləndə Türkiyə daha inkişaf etmiş görünür. Bizdə sizdə olmayan bir qurum var. Vətəndaşlar məlumat əldə etmək haqqında müraciətlərinə cavab almayanda bilgi ombudsmanına müraciət edirlər. Oradan da cavab almayanda daha yuxarı instansiyalara müraciət edirlər. Türkiyədə də bəzi məlumatlar gizlədilir, ictimaiyyətə verilmir. Amma «Washington Post» qəzetində İlham Əliyevlə bağlı məqalədə çox böyük rəqəmlərdən danışılır. Türkiyədə belə bir şeyi gizlədə bilməzlər. Xüsusilə vətəndaşların pulları, vergiləri ilə belə xərcləmə olsa, Türkiyədə yer yerindən oynar, zəlzələ olar. Məndən soruşsanız, Türkiyədə belə bir şeyin olması mümkün deyil. Türkiyədə də korrupsiya var, amma açıqlıq və şəffaflıq adına atılmış addımlar da var.

Yaman Akdeniz deyib ki, hər iki ölkədəki hakkimiyyət «dövlət sirri» anlayışından qalxan kimi istifadə edir.

O «Ergenekon» əməliyyatları və Türkiyədə çevriliş ittihamları ilə bağlı danışıb.

DAHA ƏTRAFLI AUDİONU DİNLƏYİN.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG