Eurovision-tv saytının məlumatına görə, 2010-cu ilin may ayında Norveçin paytaxtı Osloda “Telenor Arena”da keçiriləcək “Eurovision-2010” müsabiqəsinin aparıcıları məlum olub. Müsabiqəni 3 aparıcı idarə edəcək. Onlardan Nadya Hasnaoui səsvermənin gedişatını və 39 iştirakçı ölkənin həm yarımfinallarda, həm də final mərhələsində xallarını təqdim edəcək.
Digər aparıcılara - Erik Solbakken və Haddy Njienə isə mayın 25-i, 27-i və 29-da keçiriləcək şounu idarə etmək həvalə olunub.