Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:14

«Qarabağ münaqişəsi ilə bağlı nikbinəm»


«Dağlıq Qarabağ münaqişəsinin bu il nizamlanacağının mümkünlüyü ilə bağlı nikbin əhval-ruhiyyədəyəm».

ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker «Trend» agentliyinə müsahibəsində belə deyib. O, bildirib ki, razılaşdırılmış preambula yaxşı çıxış nöqtəsidir.

Lenmarker hesab edir ki, Bakı və Yerevanın irəliləmək və məsələnin uzunmüddətli sülh yolu ilə həllinə nail olmaq üçün siyasi iradəsi var.

ATƏT rəsmisinin fikrincə «Dağlıq Qarabağ münaqişəsinin həll etmək üçün mərdlik göstərməyin vaxtı gəlib. Bu asan deyil, lakin alternativ olduqca baha başa gəlir».

Qoran Lenmarker əlavə edib ki, «münaqişənin hərb yolu ilə həll edilməsinə yol vermək olmaz, belə ki, bu böyük dağıntılara, külli miqdarda qurbanlara və məcburi köçkünlərin yaranmasına gətirib çıxara bilər. Bu münaqişə dondurulmayıb, hər ay təmas xəttində adamlar həlak olur və bu cür davam edə bilməz».
XS
SM
MD
LG