Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:30

Sarkisyan Parisə gedir


Serj Sarkisyan
Serj Sarkisyan
Martın 9-u axşam Ermənistan prezidenti Serj Sarkisyan üçgünlük rəsmi səfərlə Fransaya gedir. Nümayəndə heyətinin tərkibinə Xarici İşlər, diaspora ilə iş üzrə nazirlər, Ermənistan-Fransa deputat qrupunun rəhbəri və başqa rəsmilər var.

Martın 10-da Sarkisyanı Fransa prezidenti Nikola Sarkozi qəbul edəcək. Görüşün sonunda prezidentlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənir.

Hələlik Ermənistan prezidentinin Fransada müzakirə edəcəyi məsələlər haqqında rəsmi məlumat verilməyib. Amma AzadliqRadiosunun erməni xidmətinin məlumatına görə, Sarkisyan əsasən Qarabağ münaqişəsinin nizamlanması prosesi, ikitərəfli əlaqələrin vəziyyətini müzakirə edəcək.

Ermənistan mətbuatının yazdığına görə, Sarkisyan Fransa Senatının rəhbəri ilə də görüşəcək.
Ermənistan prezidenti Fransada beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb onlara müsahibələr verəcək.

Sarkisyanın Fransadakı erməni icmasının nümayəndələri ilə görüşü planlaşdırılır.
XS
SM
MD
LG