Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 07:27

Dəniz quldurları daha bir gəmini ələ keçirib


Somali dəniz quldurları Kenya bayrağı altında üzən balıqçı gəmisini ələ keçiriblər.

Gəminin İspaniyaya məxsus olduğu güman edilir.

Amma balıqçı gəmisinin heyətinin sayı və hansı ölkə vətəndaşlarından ibarət olması haqda dəqiq məlumat yoxdur.

Quldurların gəmilərə hücumları axır həftələrdə artıb.

Havaların yaxşılaşması və dənizin sakit olması onların işini asanlaşdırır.
XS
SM
MD
LG