Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

Medvedev Isveçi “quldurlara sığınacaq verməkdə” suçlayır


Rusiya prezidenti Medvedev Isveçi Çeçenistandan olan “quldurlara sığınacaq verməkdə” suçlayıb.

Medvedev bunu İsveçin baş naziri Fredrik Reynfeldtlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Əgər biz insan haqlarından danışırıqsa, onda gərək cinayətkarlara qarşı birgə mübarizə aparaq”.

Medvedev ümid edir ki, iki ölkənin prokurorluqları arasında bağlanan saziş məsələni həll etməyə kömək edəcək.

İsveç çeçen mühacirlərini Rusiyaya verməkdən imtina edir.
XS
SM
MD
LG