Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:16

Region teatrlarının vəziyyəti öyrənilir


İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Gəncə, Şəki, Qax və Mingəçevirdə fəaliyyət göstərən teatrlarda monitorinq aparıb.

Monitorinq çərçivəsində teatrların yerləşdikləri binaların vəziyyəti, teatrlarda çalışan aktyor, rejissor və texniki işçilərin sosial durumu araşdırılıb.

Təşkilatın rəhbəri Xalid Kazımovun Lent.az-a verdiyi məlumata görə, monitorinq zamanı teatr sahəsinin bütün janrları, kadr hazırlığı və ixtisasartırma sisteminin vəziyyəti öyrənilib.

Monitorinqlər zamanı əldə olunan nəticələr Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin, teatr işçiləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə olunacaq.
XS
SM
MD
LG