Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:04

Bələdiyyə seçkiləri sakit atmosferdə keçirilib, amma...


Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycandakı bələdiyyə seçkilərinə dair hesabatı martın 18-də dinləniləcək
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycandakı bələdiyyə seçkilərinə dair hesabatı martın 18-də dinləniləcək
«Azərbaycanda bələdiyyə seçkiləri texniki cəhətdən yaxşı hazırlanıb və sakit atmosferdə keçirilib. Amma...»

Bu, Avropa Şurasının saytında Azərbaycandakı bələdiyyə seçkilərinə dair hesabatın ilkin versiyasında deyilir.

«Amma...Namizədlərin qeydiyyata alınması və səssayma prosesində rast gəlinən pozuntular seçkinin nəticələrinin dürüstlüyünü şübhə altına alır».

Hesabatın ilkin versiyasında real müxalifətin seçkidə iştirakının azlığı, seçki təbliğatının televiziyalarda və küçələrdə aparılma imkanının məhdudluğu qeyd olunur.

Konqres hesabatda çatışmazlıqları sadaladıqdan sonra Azərbaycan iqtidarına öz tövsiyələrini çatdırır. Bunlar arasında media plüralizmini inkişaf etdirmək, xarici radiostansiyaların FM tezliyini qaytarmaq, həbsdə olan jurnalistləri azad etmək məsələləri də var.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycandakı bələdiyyə seçkilərinə dair hesabatı martın 18-də dinləniləcək.

Hesabatı fransalı Fransis Lek təqdim edəcək. Lek 2009-cu il dekabrın 23-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərində müşahidəçi olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG