Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

117 əcnəbi Azərbaycandan deportasiya edilib


Bu ilin fevral ayı ərzində Azərbaycanda 955 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qanunu pozan əcnəbilərin 204 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 634 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin uyğun maddələrinə əsasən, 48 saat ərzində ölkəni tərk etmə, 117 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
XS
SM
MD
LG