Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:59

Piylənmədən hər il 3 milyon adam ölür


Dünyada 1 milyarddan çox kök adam var. Onların 20-30 milyon nəfərini artıq çəkidən əziyyət çəkən uşaqlar təşkil edir.

Dünya Səhiyyə Təşkilatının ekspertləri bildiriblər ki, əvvəllər piylənmə pandemiyası yalnız sabit iqtisadiyyatlı qabaqcıl ölkələrdə idisə, bu, indi yoxsul ölkələrə də sirayət edib.

Tədqiqatlara görə, piylənmə ilk növbədə insanın immun sistemini zəiflədir. Bu da qan təzyiqinin yüksəlməsinə, qanda xolesterinin artmasına, ürək-damar xəstəliklərinə, şəkərli diabetə səbəb olur.
XS
SM
MD
LG