Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 06:12

Meksikada Azərbaycan mədəniyyəti günləridir


Latın Amerikası bölgəsində Azərbaycanla tanışlığın artırılması məqsədi ilə Meksikada Azərbaycan mədəniyyəti günləri keçirilir.
Mədəniyyət günləri martın 6-da başlayıb. Meksikanın ingilis dilli mətbu orqanı «The News» qəzeti martın 5-də Azərbaycan barədə 4 səhifəlik xüsusi buraxılış nəşr edib. Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov «The News»-a verdiyi müsahibədə Meksika ilə enerji sahəsində əməkdaşlıq perspektivləri barədə danışıb.

Meksikadakı mədəniyyət günləri mart ayının 11-dək davam edəcək.

Azərbaycanın Meksikadakı səfirliyi Latın Amerikası bölgəsində Azərbaycanın ilk və yeganə diplomatik nümayəndəliyidir.
XS
SM
MD
LG