Bu gün ATƏT Parlament Assambleyasının prezidenti Joao Soareşin Cənubi Qafqaz ölkələrinə səfəri başlayır. Qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin də daxil olduğu nümayəndə heyəti martın 9-10-da Gürcüstanda, sonra Ermənistanda olacaq.
Azərbaycana isə ATƏT rəsmiləri martın 13-də gələcəklər. Bakı görüşlərində Azərbaycanın ATƏT-dəki fəaliyyəti, regiondakı münaqişələr və digər vacib problemlər müzakirə olunacaq. Səfər martın 16-da başa çatacaq.