Keçid linkləri

Təcili xəbərlər
2023, 02 İyun, Cümə, Bakı vaxtı 00:02

ABŞ səfirliyi qarşısında aksiya keçirilib


Martın 8-də ABŞ-ın Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib

Aksiyanı Bütöv Azərbaycan Gənclər Təşkilatının fəalları keçiriblər. Onlar ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində erməni soyqrımı iddialarının qəbul olunmasına etiraz olaraq əllərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı faciəsini əks etdirən fotolarla Nəsimi rayon Polis İdarəsinin qarşısından ABŞ səfirliyinə döğru yürüş ediblər.

«Azərbaycan-Türkiyə», «Erməni soyqırımına yox deyək» şüarları səsləndirən gənclərin aksiyası təxminən 15-20 dəqiqə davam edib. Daha sonra polis gəncləri səfirliyin qarşısından uzaqlaşdırıb. Təşkilatın sədri Ruslan İzzətli AzadlıqRadioasuna deyib ki, polis müdaxiləsinə baxmayaraq onlar aksiyanın qətnaməsini səfirliyə təqdim ediblər.
XS
SM
MD
LG