Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 00:24

Rusiyada köhnə maşınlar yenilənir


Rusiyada köhnə maşınların yeniləri ilə əvəzlənməsi üçün proqram başlayıb.

Məqsəd iqtisadi böhranın təsir etdiyi yerli avtomobil sənayesini dirçəltməkdir.

Noyabrın 1-dək davam edəcək proqram çərçivəsində hökumət istismar müddəti 10 ildən çox olan maşınları Rusiya istehsalı olan yenisi ilə əvəzləmək istəyənlərə 1700 dollar endirim edəcək.

Rusiya hökuməti bu məqsədlə 11 milyard yarım rubl ayırıb.

Gözlənilir ki, proqram 200 min yeni maşının alınmasına imkan verəcək.
XS
SM
MD
LG