Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:02

Azərbaycanda yol qəzalarında hər gün 3 nəfər ölür


Azərbaycanda hər il yol-nəqliyyat qəzalarında 1000-ə yaxın adam ölür, hər gün orta hesabla üç nəfər.

Bu barədə Azadlıqradiosuna Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov məlumat verib.

2009-cu ildə isə 2792 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 930 nəfər ölüb, 3 mindən çox adam nəfər yaralanıb. Qeydə alınan yol-nəqliyyat hadisələrinin yarıya qədəri nəqliyyatın yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Azərbaycanda ən çox yol-nəqliyyat hadisəsi 1991-ci ildə qeydə alınıb, 3336 qəza.

Hər gün dünyada 3 mindən çox insan yol qəzalarında ölür. Dünya Səhiyyə Təşkilatının məlumatında belə deyilir. Təşkilat qeyd edir ki, hər il qəzalarda 1 milyon 300 min insan ölür, 50 milyon insan xəsarət alır. Yol qəzaların ölənlərin əksəriyyəti 5-29 yaşlı uşaq və gənclərdir.
Qəzaların əksəriyyəti inkişaf edən ölkələrdə baş verir.

Dünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə 2030-cü ildə dünyada qəzalarda ölənlərin sayı 2 milyon 400 minə çata bilər.
XS
SM
MD
LG