Keçid linkləri

Təcili xəbərlər
2023, 05 İyun, Bazar ertəsi, Bakı vaxtı 14:21

Sarkozi deyir ki, Avropa Yunanıstana kömək etməlidir


Fransa prezidenti Nikole Sarkozi bildirib ki, Avropa ölkələri ağır iqtisadi böhran yaşayan Yunanıstana kömək etməlidilər.

Sarkozi belə bir bəyanatla Yunanıstanın baş naziri Georgi Papandreunun Fransaya bugünkü səfəri ərəfəsində çıxış edib.

Avropa ölkələrinə səfərə çıxmış Papandreu bu ölkələrin liderlərinə iqtisadi böhrandan çıxmaq üçün Yunanıstanın tətbiq etdiyi iqtisadi tədbirlər barədə məlumat verir.

Papandreu ötən cümə günü Almaniyanın kansleri Angela Merkellə görüşüb.

Merkel Yunanıstanın tətbiq etdiyi tədbirləri dəstəkləyib, amma qeyd edib ki, Afinaya iqtisadi yardımdan söhbət getmir.

Hazırda Yunanıstanda büdcə kəsiti daxili məhsulun 12,7 faizini təşkil edir ki, bu Avropa Birliyinin təyin etdiyi limitdən 4 dəfə çoxdur.
XS
SM
MD
LG