Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:30

Bakıda qatarla marşrut avtobus toqquşub


Bu gün günorta saatlarında Bakının Suraxanı rayonunun 10-cu dairə adlanan ərazisində yol qəzası baş verib. Qatarla sərnişin avtobusu toqquşub. Məlumatı AzadlıqRadiosuna Suraxanı Rayon Polis İdarəsindən veriblər. Məlumata görə, Səttar Bəhlulzadə küçəsi ilə hərəkət edən 329 nömrəli “Mersedes” markalı marşrut avtobus qatarın gəlməsinə məhəl qoymayaraq yolu keçməyə cəhd göstərib. Nəticədə qəza baş verib.

İdarədən bildirdilər ki, onlarda qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. İş günü olmadığından Dövlət Dəmir Yol İdarəsindən də məlumat almaq mümkün olmadı. Hadisə şahidlərinin «ANSPRESS»ə verdiyi məlumata görə, qəza nəticəsində 2-3 nəfər xəsarət alıb.
XS
SM
MD
LG