Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 20:40

ABŞ səfirliyi «soyqırımı» qətnaməsinə şərh verib


«Biz, əlbəttə, istəməzdik ki, ABŞ Konqresində olan müzakirə bizim Azərbaycanla münasibətlərimizə təsir etsin. Biz starteji tərəfdaşlarıq və birgə işləyərək, bu iki ölkənin xeyrinə çox şey edirik».

ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndəsi Terri Devidson Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ermənilərin qondarma «soyqırımı»na dair qətnamənin qəbuluna şərh verərkən belə deyib.

«Biz başa düşürük ki, Azərbaycan tərəfi ABŞ Konqresində qərar ətrafında gedən müzakirələrə görə narahatdır. Prezident Obama və Dövlət Katibi Klinton aydın səkildə bildiriblər ki, ABŞ Konqresi 1915 ildə nə baş veribsə, ona görə müzakirə yeri deyil. Onlar bəyan etdikləri kimi, Türk və Erməni xalqı, onların cəmiyyətləri, tarixçiləri gələcəyə baxaraq bu tarixi araşdırmalıdırlar».

Terri Devidson əlavə edib ki, ABŞ Turkiyə ilə Ermənistan arasında yaxınlaşma səylərini dəstəkləyir. Əlaqələrin bərpa olunması 1915 ildə baş vermiş faciəvi hadisələr haqqında mövcud olan dialoqa şərait yaradacaq: «Dövlət katibi Klinton keçən həftə demişdi ki, o ümidvardır ki, bütövlükdə Kongress bu qərara aid gələcəkdə bundan başqa addımlar atmayacaq. Biz inanmırıq ki, bu Türkiyə ilə Ermənistan arasında olan münasibətlərin normallaşmasına kömək edə. Bu normallaşma regionda uzun müddətli sabitliyin, sülhün və inkişafın yaradılmasına kömək edəcək». /Turan/
XS
SM
MD
LG