Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:52

Müxalifət bu il seçkiyə 2 blokda gedəcək


Müxalifət partiyaları bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə iki blokla gedəcək.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O, yaranacaq blokların arasında müəyyən məsələlərlə bağlı narazılıqların isə hələ də qaldığını qeyd edib.

Sərdar Cəlaloğlu deyib ki, biz ümumilikdə müxalifətin birliyini təklif etsək də bu qəbul olunmur.

ADP-nin hansı blokda təmsil olunacağına gəldikdə, isə Sərdar Cəlaloğlu bunun hələ dəqiqləşdirilmədiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG