Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:53

«Keçmiş sovet məkanında ən siyasiləşmiş jurnalistika Azərbaycandadır»


Oleq Panfilov
Oleq Panfilov
Gürcüstanın İlya Dövlət Universitetinin professoru Oleq Panfilov bu fikirləri martın 4-də Bakıda teleradio yayım sahəsinin tənzimlənməsi dair keçirilən beynəlxalq konfransda səsləndirib. O, AzadlıqRadiosuna müsahibə verib.

- Cənab Panfilov, niyə belə hesab edirsiz ki, post sovet məkanında ən çox siyasiləşmiş jurnalistika Azərbaycandadır?

- 90-cı illərin əvvəllərində qızğın siyasi həyat var idi. Həmin vaxt çoxlu jurnalistlər müxtəlif siyasi partiyaların maraqlarını müdafiə etməyə başladılar. Onlar təkcə jurnalist kimi yox, həm də siyasi partiyanın üzvü kimi işləyirdilər. Onlar mitinq, nümayişlər və müxtəlif siyasi aksiyalarda iştirak edirdilər. İnsan məşğuliyyətini seçməkdə azaddır, amma bu, obyektiv jurnalistikanın inkişafı üçün çox pisdir. Çünki jurnalist belə bir şəkildə ancaq müəyyənləşmiş siyasi baxış altında işləyə bilir.

- Siz bu sahədə hansısa araşdırmalar aparmısınızmı?

- Biz Tbilisidə İlya Çavçevadze Universitetində yeni proqrama başlayırıq, bu, keçmiş sovet ölkələrində azad mətbuatın problemlərini öyrənən bir mərkəz olacaq.

- Siz Azərbaycan jurnalistikasından danışdınız. Bəs Gürcüstan haqda nə deyə bilərsiz?

- Gürcüstanda 30-dan çox telekanal, ö cümlədən 4 milli telekanal var.

- 4 telekanal efirə istədikləri məlumatları verə bilirlərmi?

- Onlar kifayət qədər neytraldırlar. Siz xəbərlərə baxırsınızsa, orda prezidenti də görə bilərsiz, müxalifət liderini də. Onlar bu televiziyalarda öz fikirlərini sərbəst deyə bilirlər.

- Misal üçün Tbilisidə müxalifətin uzunmüddətli mitinqləri oldu. Onu həmin TV-lər verirdilərmi?

- Əlbəttə, göstərirdilər, hətta birbaşa yayımda göstərirdilər. Bundan başqa, iki internet saytı fəaliyyət göstərirdi və onlar bütün mitinqi canlı yayımlayırdılar.

- Misal üçün, kimsə Saakaşvilinin siyasətini tənqid edirsə, onu da həmin o milli telekanallar efirə verirlərmi?

- Əlbəttə (Gülür). İki telekanal var. Bütün sutkanı işləyən «Maestro» telekanalı Saakaşvilini söyür. Başqa bir müxalifət kanalı var – «Kavkaz». O, da Saakaşviliyə qarşıdır. Hər iki kanal sərbəst fəaliyyət göstərir.

- Bəs Azərbaycan televiziyaları haqqında nə deyə bilərsiz?

- Mən hesab edirəm ki, Azərbaycan televiziyaları dövlətin nəzarəti, təzyiqləri altındadır. Mən İctimai Televiziya haqqında çox danışmaq istəməzdim. Azərbaycanda formal olaraq İctimai Televiziya yaradılsa da, o, da sovet dövründəki dövlət televiziyası kimi fəaliyyət göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG