Azərbaycanın dəmiryolu boyunca bütün istiqamətlərdə inşa olunan qanunsuz tikililərin siyahıya alınması başa çatıb.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov AzadlıqRadiosuna bildirib ki, dəmiryolunun mühafizə zolağında 2840 qanunsuz tikili müəyyənləşdirilib. Bunlardan 538-i qeyri-yaşayış, 2302-si isə yaşayış sahəsinə aiddir.
N.Əzməmmədov deyib ki, siyahı Nəqliyyat Nazirliyinə təqdim edilib. Qanunsuz tikililərlə bağlı son qərarı Nazirlər Kabineti qəbul edəcək.
Siyahıya alınmaya fevralın 15-dən başlanılıb.