Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 23:37

Elmira Süleymanova yenidən Ombudsman seçildi


Martın 5-də Milli Məclis Elmira Süleymanovanı yenidən Ombudsman seçib. Süleymanova bu vəzifəyə ikinci dəfə 106 səs çoxluğu ilə seçilib.

İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə 3 namizəd olub: indiki Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov.

Azərbaycan qanunvericiliyinə görə Ombusman 7 il müddətinə seçilir. Əvvəlki qanunvericiliyə görə hər bir kəs bir dəfə Ombudsman seçilə bilərdi.

Amma 2009-cu il insan haqları müvəkkili haqqında qanuna edilən dəyişikliklərdən sonra bir nəfərə iki dəfə Ombudsman seçilmək hüququ verilib.

Şərhlər (11)

Bu forum dayandırılıb
XS
SM
MD
LG